Hava limanından 750 kiloqram qızıl oğurlanıb | 1news.az | Xəbərlər
Dünya

Hava limanından 750 kiloqram qızıl oğurlanıb

16:10 - 26 / 07 / 2019
Hava limanından 750 kiloqram qızıl oğurlanıb

Naməlum şəxslər Braziliyanın San Paulu şəhərindəki beynəlxalq hava limanından 750 kiloqram qızıl oğurlayıblar.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə "Globo" portalı xəbər verib.

Cinayətkarlar iyulun 25-də hava limanına polis avtomobilinə bənzəyən iki maşınla gəliblər. Onlar həmçinin hüquq-mühafizə orqnlarının formasını geyinib silahlanmışdılar.

Yük terminalına girdikdən sonra cinayətkarlar Brink's şirkətinə məxsus ikasator furqonunu qarət edərək qaçıblar.

Oğurlanan qızılın dəyəri 30 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

1news.az

Paylaş:
516

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər