“Azərbaycan Dəmir Yolları” Zirədəki qəza ilə bağlı açıqlama yayıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” Zirədəki qəza ilə bağlı açıqlama yayıb – YENİLƏNİB

15:21 - 29 / 07 / 2019
“Azərbaycan Dəmir Yolları” Zirədəki qəza ilə bağlı açıqlama yayıb – YENİLƏNİB

“Azərbaycan Dəmir Yolları” QCS-dən bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

QSC-dən 1news.az-a bildirilib ki, İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı” avtomaşınla toqquşub.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

13.50

Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.

"Report" xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov "Report"a bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub: "Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır".

S.Xankişiyeva

 

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər