Bakıda mikroavtobus yük maşını ilə toqquşdu: 6 yaralı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mikroavtobus yük maşını ilə toqquşdu: 6 yaralı

10:34 - 29 / 07 / 2019
Bakıda mikroavtobus yük maşını ilə toqquşdu: 6 yaralı

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, Sahil qəsəbəsi yaxınlığında mikroavtobus yük maşını ilə toqquşub.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı təcili yardıma çağırış saat 07:42-də daxil olub. Qəza yerinə 6 təcili tibbi yardım briqadası yollanıb.

Hadisə nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün isə orta ağırdır.

1news.az

Paylaş:
418

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər