Zurabişvili: Azərbaycanla sərhəd komissiyasının effektiv fəaliyyət göstərməsinə imkan verilməlidir
“Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın sakit və effektiv mühitdə fəaliyyət göstərməsinə imkan verilməlidir”.
Sputnik-georgia-nın verdiyi məlumata görə, bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatia Moistsrapişvili brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstanda komissiyanın fəaliyyətinin bu gün və ya sabah başa çatacağı ilə bağlı illüziya yoxdur:
“Lakin əldə etmək istədiyimiz nəticələrə nail olmaq üçün komissiya sakit mühitdə işləməlidir”.
S.Xankişiyeva
541