Bəşər Əsədin xanımı xərçəngə qalib gəldi - FOTO
Xərçəngdən əziyyət çəkən Suriyanın birinci xanımı Əsma Əsəd xəstəliyə qalib gəldiyini bəyan edib.
1news.az xəbər verir ki, bu barədə o, Suriyanın dövlət televiziyasına bildirib.
Prezident Bəşər Əsədin xanımı bir ilə yaxın döş xərçəngi ilə mübarizə aparıb, əməliyyat və kimioterapiya kurslarından keçib.
Əsma Əsəd deyib ki, 2018-ci ildə ona döş xərçəngi diaqnozu qoyulub, 2019-cu ilin yanvar ayında isə Dəməşqdəki hərbi hospitalda müvəffəqiyyətlə əməliyyat edilib. Bundan sonra isə kimioterapiya kurslarına başlayıb.
"Ağrı və yorğunluq keçmişdə qaldı. Mən xərçəng üzərində tam qələbə çaldım”, birinci xanım əlavə edib.
O, bu çətin günlərdə əri və oğlunun ona çox dəstək olduqlarını söyləyib.
Həmçinin, Suriya prezidentinin xanımı xaricdə deyil, Dəməşqdə müalicə almasına diqqət çəkib, qadınları onu nümunə götürərək, xərçəngin erkən aşkarlanması üçün vaxtaşırı müayinədən keçməyə çağırıb.
P.S.