Koçaryan 7-ci dəfə Avropa Məhkəməsinə şikayət göndərib | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryan 7-ci dəfə Avropa Məhkəməsinə şikayət göndərib

15:35 - 14 / 08 / 2019
Koçaryan 7-ci dəfə Avropa Məhkəməsinə şikayət göndərib

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkillər heyəti həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməsi ilə bağlı yenidən məhkəmə qarşısında iddia qaldırıblar.

1news.az xəbər verir ki, bu barədə Koçaryanın vəkili Hayk Alumyan bildirib.

Onun sözlərinə görə, məhkəmə iyunun 27-də təqdim edilmiş ərizəyə hələ baxmayıb, amma qanuna görə, ərizə verdikdən dərhal sonra baxmalı idi.

“Artıq bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik. Yeddinci şikayət verdik və bu şikayətin məqsədi məhkəmənin ədalət mühakiməsini həyata keçirməkdən imtina etməsidir. Bundan əlavə, biz həbs qətimkan tədbirinin girov müqabilində baxılması iddiasının nəzərə alınmaması ilə bağlı vaxtaşırı Avropa Məhkəməsinə müraciət təqdim etmək qərarına gəldik", Alumyan əlavə edib.

P.S.

Paylaş:
737

Son xəbərlər

Bütün xəbərlər