Azərbaycan əhalisinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

12:14 - 16 / 08 / 2019
Azərbaycan əhalisinin sayı açıqlanıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatıb.

1news.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.

1news.az

Paylaş:
292

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər