Ermənistanda “Sibir qarayarası”na yoluxanların sayı artır | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda “Sibir qarayarası”na yoluxanların sayı artır

13:50 - 22 / 08 / 2019
Ermənistanda “Sibir qarayarası”na yoluxanların sayı artır

Ermənistanın Qeqarkunik rayonunda iki gün əvvəl 8 nəfərin “Sibir qarayarası”na yoluxması aşkar edilib.

1news.az   erməni mətbuatına istinadla xəbər verir ki, bu ölkənin Səhiyyə Nazirliyi avqustun 22-də daha üç nəfərin eyni  xəstəliyə tutulması barədə məlumat yayıb.

Məlumatında bildirilir ki, Qeqarkunik rayonu Qexovit kəndinin “Sibir qarayarası”nın əlamətləri aşkar edilmiş daha üç sakini Yerevandakı “Nork” infeksiya xəstəlikləri xəstəxanasına aparılıb. Kəndin və ətrafdakı yaşayış məntəqələrinin sakinləri ciddi tibbi müayinə olunurlar. Səhiyyə Nazirliyi əhalini tibbi-gigiyenik normalara riayət edilməsi ilə bağlı xəbərdar edib.

Qeyd olunub ki, bu təhlükəli virusun daşıyıcısı olan mal-qaranın ətindən 25 ailə istifadə edib. Ermənistanın qida təhlükəsizliyi üzrə müfəttişlərinin iştirakı ilə xəstə heyvanların əti yandırılıb.

1news.az  

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər