Koçaryanın tərəfdarları etiraz aksiyası keçirir
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarları İrəvan Konstitusiya Məhkəməsinin binası qarşısına toplaşaraq, etiraz aksiyasına başlayıblar.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu gün məhkəmə Koçaryanın şikayətlərinə baxmalıdır.
Konstitusiya Məhkəməsi hələ qvqustun 29-da ikinci prezidentin vəkillərinin təqdim etdiyi bir neçə ərizəyə baxmalı idi. Lakin məhkəmə iclası sentyabrın 3-ü saat 11: 00-a qədər təxirə salınıb.
Etirazçılar "Koçaryan qəhrəmandır" şüarını səsləndirirlər. Keçmiş prezidentin kiçik oğlu Levon Koçaryan Konstitusiya Məhkəməsinin binasına gəlib.
Ermənistanın eks-prezidentinin əleyhdarları da binanın qarşısına toplaşıblar. Lakin onların sayı Koçəryanı dəstəkləyənlərdən azdır.
Bundan əvvəl Koçaryanın vəkili Aram Vardevanyan cinayət prosessual məcəlləsində qanuni boşluqların olduğunu bildirib.
P.S.