Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqlənib

11:21 - 16 / 09 / 2019
Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqlənib

Gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2020” mahnı müsabiqəsində Azərbaycanın iştirakı qeydə alınıb.

1news.az  bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir.

“Avroviziya” mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində “Ahoy Arena”da keçiriləcək.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

1news.az

 

Paylaş:
842

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər