Putin suala “Quran”dan sitat gətirərək cavab verdi | 1news.az | Xəbərlər
Siyasət

Putin suala “Quran”dan sitat gətirərək cavab verdi

16:52 - 17 / 09 / 2019
Putin suala “Quran”dan sitat gətirərək cavab verdi

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücumdan danışıb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Ankarada səfərdə olan Kreml rəhbəri suala "Quran"dan sitat gətirməklə cavab verib:

"Türkiyədə olduğum üçün müqəddəs "Quran"dan bu sətirləri xatırlamaya bilmərəm: "Allahın mərhəmətini xatırlayın. Siz düşmən olanda Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi". Mən də düşünürəm ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır".

Putin əlavə edib ki, bu məsələdə Rusiyanın mövqeyi də artıq bəllidir. O, hadisə ilə bağlı münaqişə tərəflərinin danışıqlar aparmalı olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətlərinə dronlar vasitəsilə hücum olub.

1news.az

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər