Səfir: BƏƏ cəmiyyəti Federal Milli Şura seçkilərində iştirakı milli vəzifəsi olaraq görür | 1news.az | Xəbərlər
Siyasət

Səfir: BƏƏ cəmiyyəti Federal Milli Şura seçkilərində iştirakı milli vəzifəsi olaraq görür

10:02 - 20 / 09 / 2019
Səfir: BƏƏ cəmiyyəti Federal Milli Şura seçkilərində iştirakı milli vəzifəsi olaraq görür

Federal Milli Şuraya seçkilər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Zati-aliləri Şeyx Xəlifə bin Zayed Al Nahyan tərəfindən təsdiqlənmiş  siyasi güc proqramının birinci mərhələsinin başlanğıcıdır. Bu, sayca 2006-cı ildən etibarən  keçirilən üçüncü seçki dövrüdür.

1news.az xəbər verir ki, bu barədə BƏƏ dövlətinin Azərbaycandakı səfiri Əlahəzrət Mohamed Ahmed Alqubaisi bildirib.

O deyib ki, BƏƏ inkişaf prosesinin əsas dayaqlarından biri olan siyasi inkişaf prosesində yeni bir mərhələnin astanasındadır:

“Buna görə seçki prosesində iştirak etmək BƏƏ cəmiyyətinin ölkənin ümumi inkişaf səylərinə səmərəli töhfə vermək və övladlarının gələcəyini formalaşdırmaq inamının bariz təcəssümüdür.

Ölkədən kənarda olan vətəndaşlara səs vermək və seçki prosesində iştirak etmək üçün Federal Milli Şurada öz nümayəndələrini seçmək imkanı vermək üçün Milli Seçki Komissiyası tərəfindən  22 və 23 sentyabr 2019-cu il tarixlərində (bazar və bazar ertəsi), BƏƏ dövlətinin ölkə  xaricindəki səfirliklərində, konsulluqlarında və digər diplomatik nümayəndəliklərində 118 seçki mərkəzi qurulub.

Ölkə xaricində səsvermə prosesi ilə əlaqədar əlavə məlumat almaq üçün qeyd olunan linkə daxil olmağınız xahiş olunur:  https://www.uaenec.ae/ar/elections-out”.

Qeyd edək ki, BƏƏ-nin Azərbaycandakı səfirliyində də seçki məntəqəsi yaradılıb.

P.Sultanova

 

 

 

 

Paylaş:
965

Son xəbərlər

Bütün xəbərlər