Hindistan səfiri: İTEC bizim dostluğumuz üçün çox yaxşı bir platformadır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hindistan səfiri: İTEC bizim dostluğumuz üçün çox yaxşı bir platformadır - FOTO

10:46 - 26 / 09 / 2019
Hindistan səfiri: İTEC bizim dostluğumuz üçün çox yaxşı bir platformadır - FOTO

Bakıda Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) günü qeyd edilib.

1news.az xəbər verir ki, tədbirdə millət vəkilləri, İTEC məzunları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna qonaqları salamlayaraq, İTEC proqramının tarixindən söz açıb.

Diplomat İTEC proqramı çərçivəsində ötən 55 il ərzində müxtəlif sahələr üzrə Hindistan hökümətinin öz inkişaf təcrübəsini və bacarıqlarını Azərbaycan da daxil olmaqla, tərəfdaş ölkələrlə paylaşdığını bildirib. O deyib ki, təlim kursları kənd təsərrüfatı, bank, maliyyə, mühasibatlıq və audit, təhsil, İT,  mühəndislik və texnologiya, İngilis dili, ətraf mühit və iqlim dəyişikliyi, insan resurslarının inkişafı da daxil olmaqla müxtəlif geniş mövzuları əhatə edir.

“İTEC məzunları iki ölkə arasında güclü və canlı körpü rolunu oynayır. Bu, bizim dostluğumuz üçün çox yaxşı bir platformadır”, deyə səfir əlavə edib.

İTEC günü tədbirinin fəxri qonağı Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev isə bildirib ki, Azərbaycan-Hindistan əlaqələrinin dərin tarixi kökləri və xoş ənənələri mövcuddur. O vurğulayıb ki, Hindistan ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biridir:

“Biz 2017-ci ildə diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdik. Bundan əlavə, hökumətlərarası komissiyanın beş iclasını keçirmişik. Bu görüşlər çərçivəsində əməkdaşlığı müzakirə etdik. Ölkələrimiz arsında ticarət, turizm, nəqliyyat, səhiyyə, energetika, informasiya texnologiyaları, ətraf mühüt və s. sahələrdə əməkdaşlıq inkişaf etməkdədir”. O, həmçinin qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq potensialı indiki səviyyədən qat-qat yüksəkdir.

Nazir müavini ITEC çərçivəsində də əməkdaşlığın əhəmiyyətinə toxunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İTEC-ə xüsusi maraqla yanaşdığını deyərək, proqramın gələcək məzunları arasında nazirliyinəməkdaşlarının sayının artacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, İTEC günü hər il proqram məzunları ilə əlaqənin davam etdirilməsi məqsədilə bütün dünya ölkələrində Hindistan səfirlikləri tərəfindən qeyd olunur.

İTEC məzunları, Azərbaycan dövlət qurumlarından nümayəndələr və Hindistan icmasının üzvlərindən ibarət 130-dan çox qonağın iştirak etdiyi

İTEC məzunları təlim proqramlarına dair təcrübələrini bölüşərək proqam ərzində qazandıqları biliyi öz iş sahələrində tətbiq etdiklərini vurğuladılar.

İTEC proqramı çərçivəsində Hindistan Hökuməti ölkənin ən yüksək səviyyəli müəssisələrində bütün xərclərin qarşılandığı təqaüd proqramı ilə təmin edir. Təqaüdə beynəlxalq səyahət, kurs xərcləri, yaşayış, kitablar və Hindistanda tibbi xərcləri və digər xərclər daxildir. Hazırda hər il 300-ə yaxın təlim kursları təşkil edən 70 müəssisə var və bu kurslarda iştirak etmək məqsədilə dünyanın 160 ölkəsindən Hindistana təxminən 12000 tələbə gəlir.

Hindistan səfirliyi müvafiq namizədləri İTEC təlim kurslarına müraciət etməyə dəvət edir. Azərbaycanın dövlət qurumlarında çalışan, 25-45 yaş aralığında olan əməkdaşlar kurslara müraciət edə bilər. Müraciət formaları Səfirliyə kursun başlanğıc tarixinə 3 ay qalmış müvafiq Nazirlik vasitəsilə göndərilməlidir. Ərizəçilərdən online müraciət formasını dolduraraq çap edilmiş formasını Səfirliyə təqdim etmələri xahiş olunur.

İTEC kursları, şərtlər və qaydalara dair ətraflı məlumatı https://www.itecgoi.in/index.php linkindən əldə etmək olar.

P.Sultanova

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər