BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Bakıya gəlir | 1news.az | Xəbərlər
Cəmiyyət

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Bakıya gəlir

12:32 - 26 / 09 / 2019
BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Bakıya gəlir

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver qida hüququnun təmin edilməsində hökumətin göstərdiyi səylərini araşdırmaq məqsədilə 1 – 11 oktyabr tarixlərində Azərbaycana faktaraşdırıcı səfər edəcək.

Bu barədə 1news.az-a BMT-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

H.Elver səfər ərəfəsində bildirib: “Azərbaycanda qida hüququ təminatının qiymətləndirilməsini və insanların qazancına təsir göstərən ölkənin qida və kənd təsərrüfatı siyasətinin daha yaxından öyrənilməsini səmimiyyətlə arzulayıram”.

Səfərimin məqsədi münasib təcrübəni, eləcə də çətinlikləri müəyyən etmək məqsədilə konstruktiv müzakirələr aparmaq və hökumətə, digər dairələrə faydalı tövsiyələri verməkdən ibarətdir”.

Bu, qida hüququ üzrə müstəqil ekspertin ölkəyə ilk səfəridir. Xüsusi məruzəçi Bakıya, Qubaya və Gəncəyə səfər edəcəkdir. O, hökumət rəsmiləri, Ombudsman, BMT sistemin nümayəndələri, beynəlxalq donor icması, vətəndaş cəmiyyəti təşkilatları və digər icmalarla görüşlər keçirəcək.

“Mən Azərbaycanda qida hüququnun təmin edilməsinə iqtisadi artımın və xarici sərmayələrin nə dərəcədə təsir göstərdiyini yaxından öyrənəcəyəm.

Kənd təsərrüfatı sektorunun oynadığı rolu, o cümlədən münasib təcrübə nümunələrini və çətinlikləri nəzərdən keçirməyi planlaşdırıram. Mən, həmçinin xüsusilə  qadınlar, uşaqlar, azlıqlar, əlilliyi olan şəxslər və həm şəhər, həm də kənd yerlərində məcburi köçkün kimi yaşayan, öz evlərini tərk etməyə məcbur olmuş insanlar arasında olmaqla, qida hüququnun yerinə yetirilmə vəziyyətini  qiymətləndirəcəyəm.

“Eyni zamanda, mən özəl sektorun rolunu; torpaq üzərində mülkiyyət hüququnun, ətraf mühit məsələlərinin və iqlim dəyişikliyinin təsirini; xüsusən də yeni doğulmuşlara və uşaqlara gəldikdə, qidalanma və keyfiyyətli qidaya aid məsələləri nəzərdən keçirəcəyəm”, Elver qeyd edib.

Səfərlə əlaqədar Elverin yekun hesabatı 2020-ci ilin martında Cenevrədə İnsan Hüquqları Şurasına təqdim olunacaqdır.

P.S.

Paylaş:
759

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər