Mübariz Əhmədoğlu: Ruhani erməni konfliktliyinin  hədəfinin İran olduğunu legitimləşdirə bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ruhani erməni konfliktliyinin  hədəfinin İran olduğunu legitimləşdirə bilər

10:00 - 30 / 09 / 2019
Mübariz Əhmədoğlu: Ruhani erməni konfliktliyinin  hədəfinin İran olduğunu legitimləşdirə bilər

Yaxınlarda Yerevanda Avrasiya İqtisadi Birliyinin sammiti keçirilməlidir. AİB Rusiyaya məxsus strukturdur.

Amma AİB-in Yerevandakı sammitində prezident V.Putin cəmi 3 saat iştirak edəcək və Ermənistanın baş naziri N.Paşinyanla görüşmək niyyəti yoxdur. Səbəb Rusiya üçün ermənilərin “kəşf olunmasıdır”. Ermənistanın əsas məqsədi Rusiyaya qarşı mübarizə aparmaq bacarığını nümayiş etdirməklə, Qərb dairələrindən geosiyasi və geoiqtisadi dividentlər əldə etməkdir. Rusiya hal-hazırda özünü ermənilərdən uğurla müdafiə edə bilir. Kreml Ermənistanı cilovlamaqla yanaşı Rusiya daxilindəki erməniləri də müəyyən mənada nəzarət altında saxlayır.

Bu halda konfliktogenliyi  başqa istiqamətə çevirmək Ermənistan üçün vacib məsələyə çevrilir. Qərb dünyası üçün İran Rusiya qədər olmasa da müəyyən qədər problemdir. Ermənistan eynilə Rusiyaya yanaşma tərzini İrana qarşı nümayiş etdirməklə İranı daxildən parçalaya, İranla bağlı Qərb dünyasını istənilən məlumatla təchiz edə, İrana qarşı Qərb dairələrinin bir çox sifarişlərini yerinə yetirə bilər.

Məhz buna görə də son dövrlərdə Ermənistanla İran arasında iqtisadi əlaqələr inkişaf etmir, Ermənistanın İsraillə əlaqələri inkişaf edir, İran istiqamətində isə inkişaf edən yalnız ritorikadır. İranın daxilində də əksər yüksək çinli şəxslər Ermənistanın İrana qarşı siyasətini doğma, məqbul siyasət hesab edirlər. Ola bilər, İranın daxilində müəyyən qədər islamçılardan, islamçılıqdan bezmiş qüvvələr var və bəzən onlar üçün İslama qarşı mübarizə aparmaqda makiavellist olmaq lazım gəlir. Bu məsələdə də ermənilər vasitəsilə həm Rusiya, həm də Qərblə əməkdaşlığa üstünlük verirlər. İranı öz konfliktogenliyinin hədəfinə çevirmək üzrə Ermənistanın  planı qüvvədədir. Bunu legitimləşdirmək üçün isə mühüm və vacib bir addım lazımdır. İran prezidenti H.Ruhaninin Yerevanda AİB sammitində iştirakı məhz bu məsələni legitimləşdirəcək addımdır.

İranın izolyasiyada olması, İranın digər dövlət başçıları ilə təmasda olmasının İran üçün vacibliyi, İranın qabağındakı iqtisadi problemlərin hamısı bəllidir. H.Ruhani AİB-in Yerevan sammitində iştirak etdikdən sonra bu problemlərin heç birisi həll olunmayacaq. Amma Qərbin İranın üstünə hücum çəkməsi sürətlənəcəkdir.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər