104 yaşını 400 nəvə-nəticəsi ilə qeyd etdi - FOTO
Şoşana Ovis adlı 104 yaşlı qadın ad günü üçün qəribə hədiyyə istəyib.
1news.az axşam.az-a istinadən bildirir ki, 70 il öncə Auşvitz həbs düşərgəsində (Holokost zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi) qalan qadın bu qədər müddət keçməsinə baxmayaraq hələ də yaşadığı dəhşətli günləri unuda bilmir. O zaman həyatda qalan yaxınlarını axtarmağa çalışan Şoşan əri ilə tanış olur. Onlar İsraildə evlənirlər. Cütlüyün 2 qızı və 2 oğlu doğulur.
Qadın özünün 104-cü yaş günündə böyük ailəsindən Qüdsdəki Ağlama divarına gəlməyi xahiş edir. Qadının nəvə-nəticələri bütün səylərini toplayaraq onun arzusunu yerinə yetiriblər. Qadının nəvəsi Panini bildirib ki, bu mərasimi təşkil etmək asan olmayıb.
"Bu, eyni zamanda, nasistlərin üzərində qələbənin simvollaşdırılması idi. Mərasimdə 400 nəfər toplanmışdı və onlar göz yaşlarını saxlaya bilmirdilər", - o bildirib.
1news.az