Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

15:11 - 07 / 10 / 2019
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabr ayında Azərbaycana səfər edəcək.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Özbəkistan parlalamentinin yuxarı palatasının sədr müavini Sadık Safayev deyib.

Prezident Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək. Bu, Ş.Mirziyoyevin prezident qismində Azərbaycana ilk səfəri olacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti oktyabrın 14-15-də keçiriləcək. Sammit çərçivəsində, həmçinin biznes-forum təşkil olunacaq.

S.Xankişiyeva

 

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər