Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsində və strukturunda dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsində və strukturunda dəyişiklik edilib

17:00 - 08 / 10 / 2019
Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsində və strukturunda dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda dəyişiklik təsdiq edilsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.

S.Xankişiyeva

 

Paylaş:
469

Son xəbərlər

Bu gün Milli Teatr Günüdür

10 / 03 / 2025, 15:34
Bütün xəbərlər