Türkiyə ordusu terrorçuların 181 sığınacağına zərbələr endirib
Türkiyənin Silahlı Qüvvələri Suriyada “Barış pınarı” əməliyyatının ilk saatlarında terrorçuların Telabyad, Rasulayn və Zormağar bölgələrindəki sığınacaqlarına zərbələr endirib.
1news.az-ın türk mətbuata istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.
"Barış pinarı" əməliyyatı çərçivəsində Hərbi Hava Qüvvələri və digər hərbi texnika Fərat çayından şərqdə, Ayn İsa rayonunun ətrafındakı Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərində, eləcə də digər ərazilərdə terrorçuların 181 sığınacağına zərbələr endirib", - deyə xəbərdə bildirilir.
Məlumata görə, terrorçular tərəfindən Türkiyənin Nusaybin rayonuna raket mərmiləri atılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
S.Xankişiyeva