Dünyada ən yığcam printer təqdim edilib | 1news.az | Xəbərlər
Dünya

Dünyada ən yığcam printer təqdim edilib

16:57 - 11 / 10 / 2019
Dünyada ən yığcam printer təqdim edilib

Dünyada ən yığcam printerin təqdimatı olub.

1news.az ictnews.az-a istinadən bildirir ki, 1,5 kq ağırlığında olan yeni "Epson WF-110" printeri yol çantası və ya portfelə asanlıqla yerləşir. Printer həm USB, həm də şəbəkə vasitəsilə enerji toplaya bilən litium-ion batareyası ilə təchiz edilib. Qurğuya əlavə kənar batareya qoşmaqla onun işləmə müddətini artırmaq olar, bu halda printerin çəkisi artaraq 2,04 kq olacaq.

Bu printer USB-kabeldən başqa "Wi-Fi" və "Wi-Fi Direct" protokollarından istifadə edə bilər, buna görə "WF-100" cihazı asanlıqla smartfon və planşetlərə qoşulur. Bundan başqa, "Alexa", "Google Assistant" və ya "Siri" səsli köməkçilərinin köməyi ilə sözügedən printeri idarə etmək mümkündür. Printer 1,4 düymlük rəngli maye kristal ekran və kiçik idarəetmə paneli ilə təchiz edilib.

"Epson WF-100" printeri ağ-qara şəkillər üçün sənədləri və 10x15 sm ölçüsündə şəkilləri dəqiqədə 6,7 səhifə sürəti ilə, rənglilər üçün isə dəqiqədə 3,8 səhifə sürəti ilə çap edir. Yeni kiçik ölçülü printerin qiyməti 300 dollardır.

1news.az

Paylaş:
566

Sizin üçün xəbərlər

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər