Speak Out! – Azərbaycanda Beynəlxalq Natiqlik Məktəbi – FOTO

“Azerbaijan Public Speaking Competition” (APSC) Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU “The English-Speaking Union” təşkilatının tərəfdaşıdır.
Əməkdaşlıq çərçivəsində, Azərbaycanda yarışmanın qalibi olan tələbə və şagirdlər Azərbaycanı dünyanın ən böyük yarışmasında təmsil etmək üçün hər il 1 həftəlik Londona səyahət edirlər.
Yarışmanın sonuncu qalibi, Bakı Mühəndislik Universitetinin tələbəsi Adil Qafarlı Londonda 54 ölkədən olan qaliblərlə birlikdə yarışmış və "International Public Speaking Competition 2019" yarışmasında fərqlənmə diplomu qazanmışdır.
“Azerbaijan Public Speaking Competition 2019” yarışmasında iştirakçılar ilk olaraq təlimlərdə iştirak edərək natiqlik, təqdimat bacarıqları, ünsiyyət və liderlik kimi bacarıqları əldə edirlər. Sonraki mərhələdə iştirakçılar çıxışlarını hazırlayırlar. Çıxışlar münsiflər tərəfindən 100 ballıq sistemlə dəyərləndirilir. Yarışmada qalib olan şəxs Azərbaycanın ən yaxşı natiqi olmaqla yanaşı 11-15 May, 2020-ci il tarixlərində Londonda keçiriləcək beynəlxalq yarışmada iştirak etmək haqqı qazanır.
Qeyd edək ki, layihə “Mentora College” şirkətinin sponsorluğu və “Global Brands” şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.
İştirakçılar nə əldə edirlər:
- Beynəlxalq yarışmada iştirak diplomu
- Dünyasəviyyəli peşəkar təlimçilərdən təlim almaq
- Təcrübə
- Yeni dostluqlar & əyləncə
- Unudulmaz xatirələr
- Londona səyahət
Müraciət: https://bit.ly/2VFMwvE
Yarışmada 16-20 yaş aralığında olan şagird və tələbələr iştirak edə bilər. Müraciət üçün son tarix 14 noyabr, 2019.
Məlumat üçün zəng və WhatsApp: 070 433 87 80
1news.az