Hikmət Hacıyev: ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qətnaməsini ədalətsiz hesab edirik | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qətnaməsini ədalətsiz hesab edirik

15:36 - 30 / 10 / 2019
Hikmət Hacıyev: ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qətnaməsini ədalətsiz hesab edirik

Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi 296 saylı qətnaməyə münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, H.Hacıyev pisləyib, qərəzli və ədalətsiz hesab etdiyini bildirib:

"Bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilmişdir. Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır.

Ermənistan və erməni lobbi dairələri qondarma erməni soyqırımını siyasi möhtəkirlik obyektinə çevirmişlər. Onlar bu məqsədlə ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Ona görə də Ermənistan həmin dövrün hadisələrinin Birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etmir.

Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.

S.Xankişiyeva

 

 

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər