50 il qarajda qalan maşını 1,5 milyon dollara satdılar - FOTO
“Lamborghini”ni 50 il unudub qarajda saxlayan adamlar var. “RM Sotheby's” belə bir avtomobilin hərracını təşkil edib.
1news.az-ın Bizimyol.info-ya istinadən verdiyi xəbərə görə, 1969-cu ilin istehsalı olan “Lamborghini Miura P400 S” 1,2 milyon funt sterlinqə (təxminən 1 milyon 544 min dollar) satılıb.
Maşını Almaniyanın Şvartsvald dağ massivində üzə çıxarıblar. Avtomobil istehsal olunduğu il alınıb və cəmi 29 min kilometr sürülüb. “Lamborghini” çox yaxşı vəziyyətdədir. Tozunu silərək birbaşa hərraca çıxarıblar.
“Lamborghini Miura”lar 1966-cı ildən istehsal olunmağa başlayıb. 1973-cü ildən sonra istehsalı dayandırılıb. O vaxt dünyanın ən sürətli avtomobili sayılırdı. Cəmi 764 ədəd istehsal olunub.
1news.az
3113