XİN başçısı: Ermənistanın işğalçılığı regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır | 1news.az | Xəbərlər
Siyasət

XİN başçısı: Ermənistanın işğalçılığı regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır

11:46 - 04 / 11 / 2019
XİN başçısı: Ermənistanın işğalçılığı regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır

Beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləyərkən, Azərbaycan hələ də Ermənistanın davamlı hərbi təcavüzü ilə üzləşir, bu təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı ilə nəticələnib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında bildirib.

Nazir qeyd edib ki, nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, çoxsaylı tarixi, mədəniyyət və dini abidələrimiz məhv edilib: "Münaqişənin ilk günlərindən bəri döyüş əməliyyatları mülki əhaliyə və infrastruktura təsir göstərərək, yalnız Azərbaycan ərazisi daxilində, demək olar ki, ölkənin ortasında aparılıb.

Təəssüf ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir və ölkəmin davamlı inkişaf üçün bütün potensialından istifadə səylərini sarsıdır".

S.Xankişiyeva

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər