Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: yaralılar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: yaralılar var

10:12 - 05 / 11 / 2019
Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: yaralılar var

Bakının Nizami rayonunda - "8-ci kilometr" bazarının yanında iki marşrut avtobusunun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

1news.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə təcili tibbi yardıma çağırış saat 22:20-də məlumat daxil olub. Hadisə yerinə 5 briqada göndərilib:

"Ümumilikdə 8 nəfər hospitalizə olunub. Onların 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbbi Mərkəzə, digər 7 nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb".

1news.az

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər