“Facebook” onlayn ödəmə xidmətini işə salır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Facebook” onlayn ödəmə xidmətini işə salır

13:30 - 14 / 11 / 2019
“Facebook” onlayn ödəmə xidmətini işə salır

"Facebook" şirkəti "Facebook Pay" elektron ödəmə sistemini işə saldığını elan edib. Bu barədə məlumat şirkətin saytında yerləşdirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, məlumatda "Facebook Pay" xidmətinin insanlara "Facebook", "Messenger", "Instagram" və "WhatsApp"da rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacağı bildirilir. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.

Xidmət hələ ki ABŞ ərazisində yaşayan "Facebook" və "Instagram" istifadəçiləri üçün istifadəyə veriləcək. Şirkət xidmətin gələcəkdə digər ölkələrdə yaşayan istifadəçilər üçün də əlçatan olacağını bildirir.

1news.az

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər