Bakıda çiskinli yağış, dağlıq ərazilərdə  sulu qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çiskinli yağış, dağlıq ərazilərdə  sulu qar yağacaq

13:26 - 18 / 11 / 2019
Bakıda çiskinli yağış, dağlıq ərazilərdə  sulu qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabr ayının 19-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz  10-13, Bakıda gecə   4-6, gündüz  11-13 dərəcə  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət  70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 19-da qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə  sulu qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi  bəzi yerlərdə  arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 10-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

1news.az

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər