Mehriban Əliyeva Rusiyanın Baş Naziri ilə görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva Rusiyanın Baş Naziri ilə görüşəcək

14:48 - 20 / 11 / 2019
Mehriban Əliyeva Rusiyanın Baş Naziri ilə görüşəcək

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın Baş Naziri Dmitri Medvedevlə görüşəcək.

APA-nın Rusiya hökumətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş sabah Moskva şəhərində baş tutacaq. 

Görüşdə Rusiya-Azərbaycan əməkdaşlığı müzakirə olunacaq. 

Eyni zamanda görüş zamanı tərəflər ölkələr arasında ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparacaqlar. 

S.Xankişiyeva

 

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər