“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur

16:45 - 20 / 11 / 2019
“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur

Müştəriyönümlu strategiyası ilə seçilən “Nar”, təklif etdiyi məhsul və xidmətlərini abunəçilərdən gələn sorğular əsasında davamlı olaraq inkişaf etdirir.

Mobil operator istifadəçilərin ehtiyac duyduğu əlavə xidmətləri yüksək keyfiyyətdə təqdim etməklə yanaşı, şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini istənilməyən qoşulmalardan da qoruyur.  Mobil operator arzuolunmaz SMS göndərişləri, vebsəhifələrdən avtomatik qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr kimi müştəri təcrübəsinə mənfi təsir edə biləcək xidmətlərin abunəçilərə təqdim edilməməsi üçün lazımi tədbirlər görür. Belə ki, “Nar” abunəçiləri narahat edə biləcək xidmət göstərən məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir. Bu isə “Nar” abunəçilərinə yalnız şəxsi seçim əsasında ehtiyac duyduqları xidmətləri aktivləşdirmə imkanı verir.

“Müştərilərimizin istifadə etdikləri xidmətlər, eləcə də bu xidmətlərə qoşulma üsullarında tam şəffaflığın təmin edilməsi “Nar”-ın müştəriyönümlü strategiyasının əsas tərkib hissələrindən biridir.  Məqsədimiz müştərilərimizi spam xarakterli arzuolunmaz qoşulmalardan qorumaqdır. Uzun müddətdir ki, biz bu istiqamətdə çalışırıq və hələ ötən il işlərimizin böyük bir qismini tamamlamışdıq. Bu gün isə böyük məmnuniyyətlə bildiririk ki, artıq bu göstəricini sıfır həddinə çatdırmağa nail olmuşuq. “Nar” müştəriyönümlü strategiyasına sadiq qalaraq, hər zaman abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməyə davam edəcək”, - deyə “Azerfon”un Kommersiya İdarəsinin direktoru Qəhrəman Kazımov bildirib.

Abunəçilər yarana biləcək istənilən sualla bağlı “777” qısa nömrəsinə zəng edərək 24/7 rejimində çalışan Müştəri Xidmətlərinə, “Nar”-ın “Facebook”, “Twitter” və “Instagram” səhifələrinə, onlayn çata müraciət edə və qısa müddət ərzində sorğularına cavab ala bilərlər. Bundan başqa, “Nar+” mobil tətbiqinin “İstifadə tarixçəsi” bölməsindən də sərfiyyat haqqında lazım olan bütün informasiyanı əldə etmək mümkündür.

Qeyd edək ki, “Nar” həyata keçirdiyi müştəriyönümlü strategiya və təqdim etdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq  mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

 

Paylaş:
739

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər