Politoloq: Aİ və beynəlxalq maliyyə qurumları Ermənistanın işğalçılığına maliyyə dəstəklərini daha da artırırlar | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Aİ və beynəlxalq maliyyə qurumları Ermənistanın işğalçılığına maliyyə dəstəklərini daha da artırırlar

09:44 - 25 / 11 / 2019
Politoloq: Aİ və beynəlxalq maliyyə qurumları Ermənistanın işğalçılığına maliyyə dəstəklərini daha da artırırlar

N.Paşinyan parlamentdə büdcə müzakirələri zamanı maraqlı açıqlama verdi. S.Sərkisyanın dövründə beynəlxalq aləmin təkidi ilə Ermənistanda qərar qəbul edilibmiş ki, müdafiə xərcləri büdcədə nəzərdə tutulan ÜDM-in 4 faizindən çox olmamalıdır. 

Hərbə ayrılan xərcin 4 faizlə hüdudlanması əslində beynəlxalq ictimaiyyətin ermənilər üzərində ciddi qələbəsi hesab edilməlidir. Bunun müqabilində beynəlxalq ictimaiyyət Ermənistana yardımlar da edirdi. Paşinyan Ermənistanı büdcənin 4 faizdən artıq vəsaitini hərbə yönəldəcək. Ermənistan hərbisinin təxminən 2/3-si Azərbaycanın işğal olunmuş ərazilərində yerləşir. Artan hərbi xərclərin böyük bir qismi də Azərbaycan ərazilərinin işğal alında qalmasına xidmət edəcək.

Ermənistandan xarici investorlar qaçır, hətta daxili investorlar öz vəsaitlərini ölkədən götürüb qaçırlar. Xaricdən yeni investorlar isə gəlmir. Belə olan halda Ermənistanın büdcəsi daha da gərgin olacaqdır. Bu fonda N.Paşinyan büdcədən hərbiyə ayrılan vəsaitin miqdarını artırır. Başqa sözlə, ölkənin daxili problemlərinə xərcləməli olan pulu Paşinyan hərbə xərcləyəcək.

Hal-hazırda Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə qurumlarının Ermənistana qrant və kredit ayırmasında da artım var. Avropa İttifaqı yenidən Ermənistanın bir nömrəli donoruna çevrilir. Onlar N.Paşinyan hərbə ayrılan vəsaiti artırdığından xəbərdardırlar.  Bəlkə də gizlicə razılaşıblar. Beləliklə Ermənistanın daxilində qazanılan pul hərbə, yəni Azərbaycan torpaqlarının işğal altında qalmasına yönələcək.  Ölkənin daxilində Paşinyan hökumətinə lazım olan pulu isə Aİ və dünya maliyyə qurumları verəcəkdir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər