Azərbaycanın ən yaxşı 15 gənc natiqini tanıyaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın ən yaxşı 15 gənc natiqini tanıyaq

09:23 - 26 / 11 / 2019
Azərbaycanın ən yaxşı 15 gənc natiqini tanıyaq

Beynəlxalq Natiqlik Yarışmasının Azərbaycan üzrə seçim mərhələsindən 15 gənc natiq final mərhələsinə yüksəlib.

1news.az-ın verdiyi xəbərə görə, 1 dekabr tarixində baş tutacaq final tədbirində 15 finalçı ölkənin ən yaxşı gənc natiqi olmaqla yanaşı Azərbaycanı növbəti il Londondan baş tutacaq dünyanın ən qlobal natiqlik yarışmasında təmsil etmək üçün mübarizə aparacaq. Ən yaxşı 15 natiqimizi təqdim edirik:

  1. Dinara Muxtarova - “Baku-Oxford School”
  2. Nəzrin Cabbarlı - “British School in Baku”
  3. Nəcəf Məmmədov - “Akademik Zərifə Əliyeva adına lisey”
  4. Fazil Əhmədov - “Dunya School”
  5. Kamran Rzazadə - “Bakı Türk liseyi”
  6. Aydın Ağəliyev - “ROOF Academy”
  7. Aytən Sədirova - “Bakı Ali Neft Məktəbi”
  8. Ayxan Abdullayev - “Bakı Mühəndislik Universiteti”
  9. Bəxtiyar Verdiyev - “Azərbaycan Turizm və Menecment Universiteti”
  10. Kamilla Məmmədova - “Azərbaycan Dillər Universiteti”
  11. Gülanbar Edilova - “Azərbaycan Dillər Universiteti”
  12. Cavad Əhmədov - “Bakı Dövlət Universiteti”
  13. Nadir Abdullayev - “Azərbaycan Fransız Universiteti”
  14. Murad Fərəcullayev - “Azərbaycan Fransız Universiteti”
  15. Abbas Əliyev - “Azərbaycan Fransız Universiteti”

Qeyd edək ki, dünyanın 54 ölkəsində keçirilən yarışma sonuncu ilində dünya üzrə 1 milyondan çox gənci əhatə etmişdir. 100 ildən artıq təcrübəyə malik Britaniyanın ESU “The English-Speaking Union” təşkilatı ilə əməkdaşlıq çərçivəsində keçirilən yarışmanın məqsədi 16-20 yaşlı şagird və tələbələrin ingilis dilinin artırılması və onların natiqlik, təqdimat bacarıqları, liderlik, ünsiyyət, analitik və yaradıcı düşünmə kimi bacarıqlarının inkişaf etdirilməsidir.

“Azerbaijan Public Speaking Competition” (APSC) dünyanın ən böyük natiqlik yarışmasının tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, Azərbaycanda yarışmanın qalibi olan tələbə və şagirdlər Azərbaycanı dünyanın ən böyük yarışmasında təmsil etmək üçün hər il 1 həftəlik Londona səyahət edirlər.

Yarışmanın sonuncu qalibi, Bakı Mühəndislik Universitetinin tələbəsi Adil Qafarlı Londonda 54 ölkədən olan qaliblərlə birlikdə yarışmış və "International Public Speaking Competition 2019" yarışmasında fərqlənmə diplomu qazanmışdır.

Qeyd edək ki, layihə “Mentora College” şirkətinin sponsorluğu, “1News” İnformasiya Agentliyinin media dəstəyi ilə “Global Brands” şirkəti tərəfindən həyata keçirilir.

1news.az

Paylaş:
4094

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər