Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub – FOTO – VİDEO

16:40 - 29 / 11 / 2019
Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub – FOTO – VİDEO

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Elektron Məhkəmənin mobil versiyası təqdim olunub.

Qeyd edək ki, “Mobil Elektron Məhkəmə” yeni proqram təminatı Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupu tərəfindən hazırlanıb.

Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov bildirib ki, 29 noyabr 2019-cu il tarixi artıq əlamətdar günə çevrilir, çünki həmin tarixdən vətəndaşlar və sahibkarlar istifadəyə verilən yeni mobil tətbiq vasitəsi ilə “Elektron məhkəmə” informasiya sisteminin, o cümlədən Vahid Məhkəmə Portalının bütün imkanlarından daha mobil qaydada faydalana bilərlər.

Qeyd edək ki, “Mobil Elektron Məhkəmə” vasitəsilə məhkəmələrə mobil telefondan elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmaq, məhkəmə qərarlarının elektron almaq, hakim və məhkəmə barədə ümumi məlumat əldə etmək, məhkəmə statistikası ilə tanış olmaq və s. müasir imkanlarda istifadə etmək mümkündür.

Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri hakim Ramin Qurbanov əlavə edib ki, dünyada və Avropada mobil elektron məhkəmə tətbiqlərinə az rast gəlinir. Bunun səbəbi isə bu növ proqram təminatlarının hazırlanması üçün xüsusi yanaşmanın və eyni zamanda böyük intellektual resursların tələb olunmasıdır. Qürurverici haldır ki, Azərbaycanda fəaliyyət göstərən milli mütəxəssislərimiz, o cümlədən hakim və məhkəmə aparatı işçiləri bu missiyanı layigincə yerinə yetirə biliblər.

Təqdimat zamanı Dünya Bankı ilə birlikdə hazırlanan “Mobil Elektron məhkəmə”nin üstünlükləri barədə geniş məlumat verilib və bildirilib ki, tətbiq ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması yolunda növbəti bir addımdır. Çünki sahibkar və ya vətəndaş istənilən yerdə stasionar kompüterə bağlı olmadan aidiyyəti iş üzrə operativ məlumat əldə edə bilər, təyin olunan məhkəmə iclası barədə vaxtın məlumat öyrənə bilər. Mobil tətbiq vasitəsi ilə məhkəmə işinin sənədləri (iddia ərizəsi, məhkəmə aktı və s.) ilə smartfonda tanış olmaq və endirmək, sahibkarlara ASAN imza ilə daxil olaraq sahib olduqları şirkətə aid işlər ilə tanış olmaq mümkündür.

Ədalət mühakiməsinə əlçatanlıq imkanlarını genişləndirmək məqsədi ilə proqram təminatı üç dildə – Azərbaycan, ingilis və rus dillərində yaradılmışdır.

Qeyd edək ki, yeni elektron tətbiq ”Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün məhkəmə sistemi sahəsində islahatlarla bağlı” 2019-cu ilin ikinci yarım illiyini əhatə edən Tədbirlər Planı üzrə hazırlanıb. Qısa müddət ərzində ölkə başçısının rəhbərliyi ilə “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı dəyişikliklər aparılıb və daha təkmil funksionallıqlar yaradılıb. Bunun da nəticəsində Dünya Bankının “Doing Business 2020” hesabatının “Müqavilələrin icrası” göstəricisinə görə Azərbaycan 190 ölkə arasında 40-cı yerdən 28-ci yerə yüksəlib.

Tədbirdə Ali Məhkəmənin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi nümayəndələri iştirak etmişlər.“Mobil Elektron məhkəmə” proqramını bu keçiddən Android əməliyyat sisteminin istifadəçiləri endirə bilərlər: http://bit.ly/2qLzuC9

Paylaş:
560

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər