Bu gün Milli Məclisdə Parlamentin buraxılması məsələsi müzakirə ediləcək | 1news.az | Xəbərlər
Siyasət

Bu gün Milli Məclisdə Parlamentin buraxılması məsələsi müzakirə ediləcək

09:40 - 02 / 12 / 2019
Bu gün Milli Məclisdə Parlamentin buraxılması məsələsi müzakirə ediləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

1news.az-ın məlumatına görə, iclasın gündəliyinə yalnız bir məsələ daxildir. Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Parlamentə müraciətini müzakirə edəcəklər.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası və YAP-ı Milli Məclisdə təmsil edən deputat korpusu növbədənkənar parlament seçkisinin keçirilməsi üçün Prezidentə müraciət edib.

1news.az

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər