Son bir ildə KOBİA-ya 200-dən çox gənc sahibkardan müraciətlər daxil olub
Ötən bir il ərzində 200-dən çox gənc sahibkardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciətlər daxil olub.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən Gənc Sahibkarların I Forumunda deyib.
O qeyd edib ki, müraciətlərin 60 faizi hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 30 faizi maliyyə resurslarına çıxış, 10 faizi isə hüquqların müdafiəsi ilə bağlıdır. Maliyyə-kredit, kənd təsərrüfatı, ticarət, xidmət və sair sahələrdə edilən müraciətlərin 30 faizi biznesə başlamaq istəyənlər, 70 faizi biznesini inkişaf etdirmək istəyənlər tərəfindən ünvanlanıb.
S.Xankişiyeva
650