Bu gün metronun iş qrafikində dəyişiklik ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün metronun iş qrafikində dəyişiklik ediləcək

16:52 - 12 / 12 / 2019
Bu gün metronun iş qrafikində dəyişiklik ediləcək

UEFA Avropa Liqasının qrup mərhələsində bu gün Bakıda keçiriləcək "Qarabağ"-"Düdelanj" komandalarının oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov 1news.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, oyunla bağlı bu gün metronun iş qrafikində də dəyişiklik ediləcək: "Oyunla bağlı metropolitendə tədbirlər planı hazırlanıb. "Bakı Metropoiliteni" QSC-nin İdarə Heyətinin sədri Zaur Hüseynov bununla bağlı əmr imzalayıb.

Tədbirlər planına əsasən, bu gün metronun "Gənclik" stansiyası gecə saat 00:30-a qədər fəaliyyət göstərəcək. Yəni Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyundan sonra stadiona gəlmiş azarkeşləri sona qədər təhlükəsiz daşımaq üçün "Gənclik" metostansiyası gecə saat 00:30-a qədər sərnişin qəbul edəcək.

Bundan başqa, sərnişin sıxlığının yaranmaması üçün stansiya gücləndirilmiş rejimdə çalışacaq. Stansiyaya əlavə işçi qüvvələri artıq cəlb edilib, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib.

Ehtiyac yaranarsa, əlavə qatarlar xəttə buraxılacaq və qatarların hərəkət qrafikində dəyişiklik ediləcək".

Qeyd edək ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) oyunu saat 21:55-də başlayacaq.

S.Xankişiyeva

 

Paylaş:
334

Son xəbərlər

Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOBu gün, 10:38Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edibBu gün, 10:25Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14Dolu düşüb, 3 dərəcəyədək şaxta olub - Faktiki HAVABu gün, 09:08
Bütün xəbərlər