Bakıda 6500 kvadratmetrlik ev əşyaları mağazası açıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 6500 kvadratmetrlik ev əşyaları mağazası açıldı - FOTO

15:51 - 14 / 12 / 2019
Bakıda 6500 kvadratmetrlik ev əşyaları mağazası açıldı - FOTO

Bakıda 6500 kvadratmet ərazini əhatə edən, 20 mindən çox çeşidi özündə birləşdirən yeni ev əşyaları mağazası fəaliyyətə başlayıb.

Novas Home brendi adı altında fəaliyyətə başlayan mağazada uşaq aləmi, təmizlik əşyaları, kiçik məişət avadanlıqları, aksessuar, dekor, orqanayzer, asılqan, idman, bağ-bağça, qab-qacaq, mebel və bu kimi ev üçün lazım olan bütün əşyalar, o cümlədən avtomobil aksessuarları satılır.  

Ayna Sultanova abidəsi yaxınlığında, Səttar Bəhlulzadə küçəsi 10A ünvanında yerləşən mağaza “Bizim Market” supermarketinin daxilində fəaliyyət göstərir. Müştərilər məhsulları mağazada nəğd və eyni zamanda BirKart vasitəsi ilə faizsiz taksitlə də əldə edə bilərlər.

Qeyd edək ki, bu Novas Home-un sayca 6-cı böyük mağazasıdır. Eyni konseptdə Günəşli, Əhmədli, Xırdalan ərazilərində və İnşaatçılar metrosunun yanında Novas Home mağazaları fəaliyyət göstərir. Yaxın zamanda Novas Home şəbəkələrində nəğd və kreditlə satış əsasında mobil telefon, kiçik və böyük məişət avadanlıqlarının satışı planlaşdırılır.

Ayna Sultanovada açılan mağaza isə şəbəkənin ən böyük əraziyə malik olan mağazasıdır.

Paylaş:
2662

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər