Korloff təmtəraqlı və zərif zinət əşyaları – Yeni ilə ideal hədiyyə – FOTO

Yeni il Yer planetinin hər sakininin qəlbən və ruhən səbrsizliklə gözlədiyi və qeyd etmək üçün günləri saydığı nadir bayramlardan biridir.
Artıq 2020-ci ilin astanasındayıq və qalan bu qısa müddət ərzində yaxınlarımıza və qohumlarımıza hədiyyə almağın tam zamanıdır. Bunu ertələmək əvəzinə artıq bu gün hədiyyələri almalıyıq ki, bu sehrli və əfsanəfi Yeni il ərəfəsində dəyər verdiyimiz insanlara daha çox zaman ayıra bilək.
Bununla belə, Yeni il hədiyyələrinin axtarışı çoxlu vaxt aparan, həmçinin seçdiyiniz hədiyyənin 100% müsbət qarşılanacağını təmin edəcək bacarıq tələb edən müşkül bir prosesdir. Bu halda, ən ideal variant – dünyaca məşhur fransız brendi Korloff-un zinət əşyaları olacaq. Çünki bu zinət əşyalarının alışı adi Yeni il qabağı xərc yox, məhz gələcəyə yatırılmış müəyyən sərmayədir.
Vurğulamaq lazımdır ki, Yeni ildə Korloff zinət əşyası – cinsindən, yaşından və sosial statusundan asılı olmayaraq, hər kəsi sevindirəcək universal hədiyyədir. Həm gəncəcik bir qızcığaz, həm ananız, sevgiliniz və ya yoldaşınız, həmçinin mötəbər bir kişi və ya gənc oğlan Korloff-un məhsullarından məmnun qalacaq.
Korloff-un zinət əşyaları haqda belə bir əfsanə gəzir ki, onlar öz sahiblərinə xariqüladə xoşbəxtlik və olmazın uğur gətirir. Fransızlar boş yerə “Korloff – pour te dire j’aime”, yəni “Korloff hədiyyə etmək – sevgini etiraf etməkdir” demirlər. Gəlin razılaşaq ki, üzümüzə gələn Yeni il bayramı sevgini etiraf etmək üçün ideal bir zamandır - əgər siz sevdiyiniz xanımınıza hisslərinizi açıqlamaq və ona layiq olan bir hədiyyə almaq istəyirsinizsə, artıq nə edəcəyinizi bilirsiniz.
Yeni il hədiyyəsi qismində zinət əşyasının alınması çox məsuliyyətli və vacib bir addımdır. Lakin narahat olmayın, 2020-ci ilin girməsi ilə əlaqədar xüsusi Yeni il endirimi aksiyalarının start götürdüyü, Korloff-un Bakı butiklərində çalışan peşəkar məsləhətçilərimiz böyük məmnuniyyətlə sizə bu seçimi etməkdə yardımçı olacaqlar.
Korloff-un zinət əşyaları Yeni ildə ediləcək ən yaxşı hədiyyədir. Bu hədiyyə, birmənalı olaraq, öz sahibinə, nəinki yeni ildə, həmçinin bütün həyatı boyu müsbət emosiyalar bəxş edəcək və hədiyyəni verən barəsində ən gözəl təəsüratlar bağışlayacaq. Korloff – hədiyyə etdiyiniz insanı daha da heyranedici, xoşbəxt və uğurlu edəcək bir təmtəraq və zərafətdir.
Korloff fransız zərgərlik şirkəti artıq 12 ildir ki Azərbaycanda fəaliyyət göstərir. Şirkət Bakıda 2 butiklə - Neftçilər prospekti 91 ünvanında (Qız qalasının yanı) yerləşən Korloff Prestige və Üzeyir Hacıbəyli küçəsi, 95K (Hökümət Evinin arxası) ünvanında yerləşən Korloff Mariage butikləri ilə təmsil olunur.
Korloff Baku haqqında daha ətraflı məlumatı (+99450) 892-90-09, (+99412) 497-46-88, (+99412) 498-96-40, (+99477) 728-30-80 (WhatsApp) nömrələri əlaqə saxlayaraq və ya Instagram sosial şəbəkəsində @korloffmariage_baku səhifəsinə abunə olaraq almaq olar.
Mövzu ilə əlaqədar oxuyun:
Korloff kolleksiyaları – təmtəraq və gözəlliyə qiymət verənlərin seçimi - FOTO
Reklam hüququnda