Bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Həqq məndədir” adlı solo konserti keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Həqq məndədir” adlı solo konserti keçiriləcək

16:08 - 18 / 12 / 2019
Bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Həqq məndədir” adlı solo konserti keçiriləcək

Dekabrın 21-də “Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzi”ndə bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr olunan “Həqq məndədir” adlı solo konserti keçiriləcək.

1news.az-ın məlumatına görə, saat 19:00-da başlayacaq gecədə həmçinin əməkdar artist, tarzən Şəhriyar İmanov, bədii qiraət ustası Xəzər Süleymanlı iştirak edəcəklər.

Konsertdə Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları səslənəcək, Nəsiminin qəzəlləri oxunacaq.

Tədbirdə musiqisi tanınmış kamança ifaçısı Mark Eliyahu, sözləri Nəsimiyə aid olan və Sevinc Ağasıyeva tərəfindən ifa olunan “Etməgil” mahnısının klipi də təqdim olunacaq.

Tədbir Mədəniyyət TV vasitəsiylə yayımlanacaq.

1news.az

Paylaş:
754

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər