Həbs edilən Elvin İsayev ictimaiyyətə müraciət etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Həbs edilən Elvin İsayev ictimaiyyətə müraciət etdi - FOTO

16:59 - 18 / 12 / 2019
Həbs edilən Elvin İsayev ictimaiyyətə müraciət etdi - FOTO

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycana deportasiya olunmuş Elvin İsayevin guya hüquqlarının pozulması, o cümlədən, istintaq zamanı təzyiqlərlə üzləşəcəyi barədə paylaşımlar edilərək, onun hüquqlarının müdafiəsi məqsədi ilə sosial şəbəkələrdə qruplar yaradılması barədə çağırışlar yayılıb.

Tutulmasının siyasiləşdirilməsinin əleyhinə olan Elvin İsayev baş verənlərlə əlaqədar vəkili Gülarə İlyasova vasitəsilə ictimaiyyət nümayəndələrinə müraciət ünvanlayıb.

O, müraciətində etdiyi cinayətlərə görə tutulduğunu, hüquqlarının vəkili tərəfindən müdafiə olunduğunu və ona hər hansı təzyiqin edilmədiyini, törətdiyi əməllərin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb.

Elvin İsayevin vəkili Gülarə İlyasovanın vasitəsilə müraciətinin şəklini və mətnini təqdim edirik:

“Hamıya deyirəm ki, mən Rusiyada elədiklərimin cinayət olduğunu anlamışam, elə buna görə də tutulmuşam. Mənim özümün vəkilim var. Vəkilim məni lazımi qədər müdafiə eləyir. Özüm də özümü müdafiə eləyirəm. Öz elədiklərimə özüm cavab verərəm. Mənə qarşı qanunsuz hərəkətlər və ya təzyiqlər olmayıb. Heç nəyə məcbur eləyən və incidən yoxdur.

Hamıya müraciət edirəm ki, mənim işimə heç kim qarışmasın, mənim adımdan danışmasın. Heç kim mənim işimi, əməlimi siyasiləşdirməsin. Xahiş edirəm, bu müraciətim hamıya çatdırılsın. Müraciətimi vəkilim Gülarə İlyasovanın vasitəsi ilə yayıram.

İmza: İsayev.E.İ
16.12.2019.
Bakı şəhəri

Müdafiəçi: Gülarə İlyasova 16.12.2019-cu il ”

 

Paylaş:
1358

Son xəbərlər

Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOBu gün, 10:38Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19
Bütün xəbərlər