Paytaxt məktəblərində yol hərəkəti qaydaları təbliğ olunur – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt məktəblərində yol hərəkəti qaydaları təbliğ olunur – FOTO

12:05 - 18 / 12 / 2019
Paytaxt məktəblərində yol hərəkəti qaydaları təbliğ olunur – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbirlər keçirilib.

1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə praktiki məşğələlər, mühazirə və disputlar, seminar, “Açıq dərs” və “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm müsabiqələri, yarışlar keçirilib, şagirdlərin rəsm və əl işlərindən ibarət sərgilər təşkil olunub.

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq keçirilən tədbirlərin əsas məqsədi məktəblilərə  yol hərəkəti qaydalarını öyrətmək, onların  müvafiq bilik və bacarıqlarını nümayiş etdirmək, yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdan ibarətdir.

Tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında  ətraflı məlumatlar verilib. Qeyd olunub ki,  təhsil müəssisələrində şagirdlərə yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin aşılanması, bu barədə onların məlumatlılıq səviyyəsinin artırılması məktəblilərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin şagirdlərə yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətinin vacibliyi vurğulanıb.

Tədbirlərdə, həmçinin şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.

S.Xankişiyeva

 

 

 

Paylaş:
638

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər