Bakıda “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçirilib - FOTO

12:49 - 18 / 12 / 2019
Bakıda “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçirilib - FOTO

Dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçirilib.

1news.az-ın məlumatına görə, orkestrin bədii rəhbəri və dirijor Aleksandr Rudin (violonçel), Aleksey Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış ediblər.

Konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri V.A.Motsart, İ.S.Bax, A.Arenski və D.Şostakoviçin əsərləri ifa olunub.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri orkestrin ifasında tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

“Musica Viva” Moskva Kamera Orkestri 1978-ci ildən fəaliyyət göstərir. 1988-ci ildən indiyədək orkestrə dirijor, violonçel ifaçısı və pianoçu Aleksandr Rudin rəhbərlik edir. “Musica Viva” beynəlxalq musiqi festivallarının daimi iştirakçısıdır. Almaniya, Belçika, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, İspaniya, İtaliya, Latviya, Niderland, Sloveniya, Tayvan, Türkiyə və Yaponiyada qastrollarda olub.

Aleksandr Rudin Rusiya Federasiyasının Xalq artisti, Dövlət mükafatı laureatıdır. Dünya şöhrətli violonçel ifaçısı, simfonik və kamera orkestrləri ilə əməkdaşlıq edən dirijor, pianoçu, pedaqoq-tədqiqatçı, kamera əsərlərinin orkestr redaksiyasının müəllifidir.

Aleksey Volodin Rusiya fortepiano məktəbinin ən istedadlı, müstəsna texniki ustalıqlara malik nümayəndələrindən biri, müxtəlif beynəlxalq müsabiqələrin laureatıdır.

İstedadlı truba ifaçısı Andrey Yerşov K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solistidir.

1news.az

Paylaş:
488

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər