Şəmkirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 8 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Şəmkirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 8 milyon manat ayrılıb

15:59 - 19 / 12 / 2019
Şəmkirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 8 milyon manat ayrılıb

Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda qeyd edilir ki, Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 8 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

S.Xankişiyeva

 

Paylaş:
796

Son xəbərlər

Bütün xəbərlər