İlin sonuna qədər yaşayış binalarında 542 yeni lift quraşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

İlin sonuna qədər yaşayış binalarında 542 yeni lift quraşdırılacaq

09:20 - 19 / 12 / 2019
İlin sonuna qədər yaşayış binalarında 542 yeni lift quraşdırılacaq

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu il 542 yeni lift alınaraq Bakıya gətirilib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, liftlər bu ilin sonuna kimi yaşayış binalarına quraşdırılaraq əhalinin istifadəsinə veriləcək. 542 lift 162 bina üçün nəzərdə tutulub:

"Yeni və müasir liftlərin gətirilməsi gələn il də davam etdiriləcək. Hələlik Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan binaların liftləri dəyişdirilir. Həmin binaların hamısının liftlərinin dəyişdirilməsi nəzərdə tutulur. Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlərin dəyişdirilməsi gələn il də davam etdiriləcək və istismar müddəti ötən digər liftlər də yeniləri alınaraq dəyişdiriləcək. Liftlər Almaniyanın "Wittur Holding GMBH" şirkəti ilə imzalanmış müqavilə əsasında gətirilib".

Məlumatda qeyd olunub ki, bununla yanaşı, paytaxtda çoxmərtəbəli yaşayış binalarında istismar müddəti bitməyən liftlərin də cari təmiri aparılır.

Xatırladaq ki, noyabradək BŞİH tərəfindən paytaxta 458 yeni lift gətirilib.

1news.az

Paylaş:
929

Son xəbərlər

Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edibBu gün, 10:25Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14Dolu düşüb, 3 dərəcəyədək şaxta olub - Faktiki HAVABu gün, 09:08Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:00QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04
Bütün xəbərlər