Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlanıb

10:20 - 19 / 12 / 2019
Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlanıb

Bir neçə gündür ki, ölkəmizdə dekabr ayı üçün anomal hava şəraiti  müşahidə edilir və temperatur rejimi çoxillik normadan 4-5 dərəcə yüksəkdir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır.

“Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir.

Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir. Hazırda müşahidə edilən zəif  cənub-şərq küləyinin sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır”.

S.Xankişiyeva

 

 

 

 

 

Paylaş:
666

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər