Ronaldo fantastik qolu ilə “El-Klassiko”nu kölgədə qoydu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Ronaldo fantastik qolu ilə “El-Klassiko”nu kölgədə qoydu - VİDEO

11:39 - 19 / 12 / 2019
Ronaldo fantastik qolu ilə “El-Klassiko”nu kölgədə qoydu - VİDEO

"Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldo "Sampdoria" ilə oyuna damğa vurub.

1news.az-ın məlumatına görə, komandasının qələbə qolunu vuran Ronaldo topu 2 metr 56 santimetr yüksəklikdən qapıya göndərib. 

71 santimetr sıçrayan futbolçu Aleks Sandronun ötürməsini qola çevirə bilib. 

İtaliya A seriyasının 17-ci həftəsində qələbə qazanan "Yuventus" xallarının sayını 42-yə çatdırıb.

Qeyd edək ki, ötən gün İspaniya çempionatının iki əzəli rəqibi “Barselona” və “Real Madrid” klubları qarşılaşıb.

17 ildən sonra ilk dəfə 2 klub da qol vura bilmədən meydannı tərk edib. Ronaldonun möhtəşəm qolu “El-Klassiko”nu kölgədə qoyub. Dünya mətbuatı Ronaldonun qoluna daha çox yer ayırıb.

1news.az

Paylaş:
1519

Son xəbərlər

Bütün xəbərlər