Zəlimxan Yaqubun oğluna yeni vəzifə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəlimxan Yaqubun oğluna yeni vəzifə verildi

12:06 - 20 / 12 / 2019
Zəlimxan Yaqubun oğluna yeni vəzifə verildi

Mərhum Xalq şairi, keçmiş millət vəkili Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov yeni vəzifəyə təyin edilib.

1news.az-ın məlumatına görə, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə B.Yaqubov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Bəhlul Yaqubov bu vəzifəyə təyin edilənədək Bakı Şəhər Prokurorluğunda çalışıb. O, daha əvvəl Abşeron rayon prokurorun köməkçisi və MSK-da məsləhətçi vəzifələrində də işləyib.

1news.az

Paylaş:
1138

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər