Elmar Məmmədyarov: Əsas çətinliyimiz regionda həll edilməmiş münaqişələrdir | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Əsas çətinliyimiz regionda həll edilməmiş münaqişələrdir

14:48 - 23 / 12 / 2019
Elmar Məmmədyarov: Əsas çətinliyimiz regionda həll edilməmiş münaqişələrdir

“Regionda mövcud olan münaqişələr ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının 8-ci görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Əsas çətinliyimiz regionda həll edilməmiş münaqişələrdir”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, üçtərəfli görüş çərçivəsində imzalanan birgə bəyanata Azərbaycan tərəfindən tam təhlükəsizliklə bağlı bölmə əlavə edilməsi təklif edilib və bu təklif qəbul olunub.

S.Xankişiyeva

 

Paylaş:
422

Son xəbərlər

Bütün xəbərlər