Maleone təqdim edir: Yeni il tədbirləri üçün 10 möhtəşəm don – FOTO

Hər bir qadın vaxtaşırı "Geyinməyə heç bir şeyim yoxdur" adlı problemlə qarşılaşır. Bayram öncəsi təlaş zamanı və çoxsaylı şənliklərə və korporativ tədbirlərə, eləcə də Yeni il gecəsinə hazırlıq dövründə bu problem daha da aktuallaşır.
Maleone Multibrend butiki bu çətin məsələnin tam bir həllidir. Amma burada, xoş olsa da, başqa bir məsələ ilə qarşılaşa bilərsiniz: təqdim olunan çoxsaylı brend, kolleksiya və modellər arasından yalnız bir şeyi seçmək. Əlbəttə ki, hər kəsin öz zövqü var və kimsə butikin yaradıcıları və eyniadlı Maleone kolleksiyasının müəllifləri Xədicə Camal və Nuray Camal bacılarının gözəl kolleksiyalarından başlayaraq butikdə geniş təqdim olunan yerli istehsalçılara üstünlük vermək istəyəcək. Digərləri isə Fransa, İtaliya, BƏƏ, Tayvan, Rusiya, Serbiya, Almaniya, Birləşmiş Krallıq, ABŞ, Livan, indi isə həm də Beyrut və Avstraliyadan olan dizaynerlərin çox sayda brendlərindən seçim edəcək.
Lakin, Maleone alıcılarının köməyinə gələrək və hər birində istənilən tədbirin əsl kraliçası kimi görünə biləcəyiniz 10 möhtəşəm donu təqdim etmək qərarına gəldi.
Qeyd edək ki, təqdim olunan modellərin əksəriyyəti Maleone multibrend butikində təqdim olunan – yeni Misha Collection brendinə aiddir. Brendin bütün modelləri incə zövqlə hazırlanıb, özünəməxsus stil və yüksək keyfiyyətə malikdir.
Beləliklə, ilk don
Misha Collection Bonnie “Tikanlı” Don
Paltarın zərif biçimi asimmetrik boyun xətti və açıq çiyin ilə fərqlənir; cəsarətli, lakin eleqant obrazı isə möhtəşəm kəmər tamamlayır. Həndəsi cəhətdən asimmetrik kəməri bəzəyən qızılı “tikanlar” obrazı bir az əlçatmaz edir, lakin paltarın rəngi onu yumşaldır, mini uzunluq isə onun daha da cazibəli edir.
Misha Collection Veroni Jersey Bordo Mini Don
Bu paltar həm sahibəsinin, həm də onun əynində görənlərin başını gicəlləndirməyə qadirdir. O, çox rahatdır, çünki sığal, bədənə oturan trikotajdan hazırlanıb. Amma həm də cəlbedicidir – həm eyni səbəbə, həm də çiyinlərə yaxın kəsiklərə və asimmetrik ətək xəttinə görə. Möhtəşəm Bordo rəngi dərhal diqqəti sizə cəlb edəcək, qeyri-adi fason isə bədən formanızın bütün üstünlüklərini vurğulayacaq.
Misha Collection Teagan Mini Don Fuksiya
Parlaq fuksiya rəngli, ənənəvi lapelli blazer paltar hamar atlasdan hazırlanmışdır. Kəskin, iti detallar yumşaq çiyin xətti və uzun qollar ilə mülayimləşdirilir, kəsikli manjetlər isə onu sizin üçün rahat edir. Detalların uğurlu yerləşməsi əsas vurğunu rəngə deyil, sizin bədəninizin gözəlliyinə çəkərək, belinizin incəliyini qabardır. Bu paltar Yeni il şənliyi üçün idealdır.
Misha Collection Ava Sequin Don
Zərif və parlaq qızılı paltar biçimi sayəsində çox eleqant görünür və sizin bütün üstünlüklərinizi mülayim bir şəkildə vurğulayır. Mini uzunluğuna baxmayaraq, paltar çox eleqant, eyni zamanda yaraşıqlı görünür. Bu paltarda siz möhtəşəm görünəcəksiniz, zövqlə seçilmiş aksessuarlar isə (burada minimumla kifayətlənmək olar) birmənalı olaraq sizi istənilən bayram tədbirinin ulduzuna çevirəcək.
Çiçək Printli Maleone Donu
Multibrend butikin sahibələri və eyniadlı Maleone kolleksiyasının müəlliflərindən don. Maqnoliya çiçəyi dizaynerə rəngarəngliyi ilə bədən formanızı vurğulayacaq heyranedici print yaratmağa ilham verdi. Yumşaq axan parça hərəkətlərinizi daha mülayim edəcək. Bu eleqant və ağıryana paltar sizin seksuallığınızı vurğulayacaq və korporativ tədbir üçün mükəmməl seçim olacaq.
Misha Collection Neaky Sequin Don
Payetkalarla bəzədilmiş parlaq elastik don sanki elə Yeni il şənlikləri üçün yaradılmışdır! Onun içində siz Milad nağıllarındakı şahzadə kimi görünəcəksiniz. Orta uzunluqlu, kəsikli, yan tərəfi yığılmış, üst-üstə keçən siluet bədən formanızı vurğulayacaq, parçanın işıqda bərq vuran naxışları isə obrazınızı sirli və sehrli edəcək.
Misha Collection Johanna Midi Don
Bu mövsümün hiti- bəbir printidir. Johanna donu - nəfis kəmərli və kapüşon sayağı yarıqlı, belə uyğun siluetli bu don cəsur bəbir jorjetin incə qatlarından ibarətdir. O, həm zərif, həm də seksual bir obrazdır, xanım-xatın və yüngüldür. Don istənilən təntənə, o cümlədən Yeni ilin qarşılanması üçün mükəmməldir.
Misha Collection dəri don
Dəri məhsulları həmişə bir göstəriş, iddialılıq və xanım- xatınlıqdır. Avstraliyalı dizaynerdən olan bu don parlaq, özgüvənli bir qadın üçün uyğundur və yalnız onun bədən formasının üstünlüklərini deyil, həm də parlaq şəxsiyyətini vurğulayacaq. Sadə biçimli don məhz 100% dəri materialı sayəsində çox təntənəli görünür. Qalın kəmər isə obrazı tamamlayaraq yalnız beli deyil, həm də paltar sahibəsinin möhkəm xarakterini vurğulayacaq.
Misha Collection Lorena Midi Don
Dərin yarığı iri qatlı drapirovkalarla əhatə olunmuş orijinal don sizə zərif və romantik obraz yaratmağa kömək edəcəkdir. Yan yarıq hərəkət rahatlığını təmin edir. Paltar həm dost məclisi, həm də istənilən təntənəli tədbir üçün idealdır.
Misha Collection Havannah Mini Don
Zərif, lakin şıltaq mini-don daş-qaşlı dekolte və dirsəyə qədər fənər qollarla bəzədilmişdir. Donun arxasında seksual üçbucaq yarığı, enli ətəyi var. Don kokteyl ziyafətləri və ya korporativ tədbirlər üçün uyğundur.
Qeyd edək ki, bütün bu modelləri həm Maleone multibrend butikini (Kövkəb Səfərəliyeva küçəsi, 12) ziyarət edərək, həm də Maleone internet-mağazasından onlayn əldə edə bilərsiniz.
Maleone ilə istənilən seçiminiz uğurlu olacaq! Yeni ili Maleone donlarında qarşılayın!
Maleone Concept Store
Mağazanın ünvanı: Kövkəb Səfərəliyeva küç., 12
Telefon: (012) 511 81 88; (050) 511 81 88
Intenet Mağaza: https://www.maleone.com/
Butikin sosial şəbəkələri:
https://www.instagram.com/maleone_azerbaijan/
https://www.facebook.com/maleoneazerbaijan/
---
© Advance.Az - Azərbaycanda kontent-marketinq
Reklam hüququnda