Gəncliyin səsi İlham Əliyev! | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncliyin səsi İlham Əliyev!

10:47 - 24 / 12 / 2019
Gəncliyin səsi İlham Əliyev!

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür.

İlham Əliyevin hakimiyyətə gəlməyindən sonra Azəbaycanın dünyada necə nüfuzlu bir ölkəyə çevrilməyi ilə bağlı vaxtaşırı çıxışlarımız olub, yazılar yazmışıq. Ancaq mən bu qısa yazıda həmyaşıdlarımı maraqlandıran nüanslara xırda bir nəzər salmaq istəyirəm. Əvvəla onu qeyd edim ki, mənim babam və nənəm müharibə dövrünün və siyasi xaosun qurbanlarıdırlar. Onların acı ölümü bu gün də valideynlərim daxil bir çox qohumlarımda travma xarakterində özünü büruzə verir. Məsələn, mənim anam hələ də göy guruldayanda, ya gurultu səsi eşidəndə həyəcanlanır və qorxudan titrəyir. Bütün bu faktorları mənim ailəm kimi, minlərlə azərbaycanlı ailələr yaşayır, əminəm!

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişiylə ölkədəki siyasi xaoslar, çaxnaşmalar və qarmaqarışıqlıq son buldu. Və məhz İlham Əliyevin iradəsi və qətiyyəti ilə bu gün ölkəmizdə daxili icimai-siyasi sabitlik hökm sürür. Gözlərimiz dəhşətlə bizə yaxın və uzaq regionlarda yaşanan acı olaylara köklənmişkən, ölkəmizdəki bu sabit dövlətçilik modelini qoruyan İlham Əliyevdir. Elə buna görə də, xalqın mütləq əksətiyyəti Prezidentini sevir, onu dəstəkləyir və inanır. Keçirilən rəy sorğuları da göstərir ki, ötən ildən vüsət alan islahatlar kursu- sosial, siyasi, kadr, məhkəmə, struktur islahatları əhali tərəfindən dəstəklənir və alqışlanır. Azərbaycanın belə həssas regionda sabitlik qalası kimi qalmağının qarantı cənab İlham Əliyevdir.

Azərbaycan gəncliyi də öz ölkə başçısının qayğısını daim hiss edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

Dövlətimizin başçısı 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə dövlətimizin başçısı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzaladı. Proqram çərçivəsində 5 min gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. 2011-ci il aprelin 6-da isə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncam imzalandı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllidir.

Azərbaycanda gəncliyə qayğı məhz ulu öndərin siyasətinin mərkəzində dayanırdı.

Bu gün 2 milyondan çox gənclər ordusuna (14-29 yaşlılar nəzərdə tutulur) malik respublikamız gənclərlə işə verdiyi diqqət və bu sahədə apardığı səmərəli siyasət nəticəsində bir çox inkişaf etmiş ölkədən öndədir. Bunu nəzərə alaraq, dövlətimizin gənclər siyasətinin formalaşmasına və onun uğurlu inkişafına qısa  nəzər salmaq yerinə düşərdi. 1991-ci ildə yenidən müstəqilliyinə qovuşmuş Azərbaycanda, hər bir sahədə olduğu kimi gənclər sahəsində də inkişaf ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra hiss olundu. Dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün ilk baxışdan daha zəruri görünən sahələrdə ciddi durğunluğa baxmayaraq, ulu öndər bir çoxlarına o dövrün kontekstində elə də vacib görünməyən sahələrdə də inkişafın vacibliyini dərk edirdi. Uzun illərin idarəçilik təcrübəsinə və uzaqgörənliyinə sahib ulu öndər yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyinin və gələcək inkişafının əsas təminatçıları məhz onun gəncləridir. Beləliklə, 1993-cü ildə ümummilli lider gənclərlə ilk görüşünü keçirdi, onların  problemləri ilə yaxından maraqlandı və gənc nəslə müstəqil Azərbaycanda veriləcək böyük diqqətin ilk əlamətlərini nümayiş etdirdi.

Gənclər siyasətinin vahid bir mərkəzdən dəstəklənib istiqamətləndirilməsinin önəmini duyan Prezident Heydər Əliyev 26 iyul 1994-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyini təsis etdi. Ölkəmizin inkişaf prosesində gənclərin öhdəliklərini müəyyən etmək və eyni zamanda, Azərbaycan gəncliyinə qayğı və diqqətin artırılması istiqamətində lazımi tədbirləri müəyyənləşdirmək üçün, dövlət başçısı Azərbaycan gəncləri forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü, 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bu forumda şəxsən iştirak edən ümummilli lider gənclərin bütün problemlərini və təkliflərini diqqətlə dinlədikdən sonra, onların müstəqil Azərbaycan qarşısında vəzifələrini belə ifadə etmişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. 

Ümummilli lider tərəfindən gənclər siyasəti ilə bağlı əsası qoyulmuş digər bir ənənə isə onun 1 fevral 1997-ci il sərəncamı ilə 2 fevralı Azərbaycan Gənclər Günü elan etməsidir. Zəngin təcrübəyə arxalanaraq, dövlət gənclər siyasətinin məqsədlərini və fəaliyyət istiqamətlərini konkret bir hüquqi çərçivəyə salmaq üçün Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Gənclər siyasəti haqqında” Qanun qəbul edildi və Prezident Heydər Əliyevin 6 may 2002-ci il tarixli sərəncamı ilə təsdiq olundu.

BMT-nin layihə rəhbəri Məzahir Əfəndiyev qeyd edir ki, Azərbaycanın gənclər siyasətinin davamlı inkişafını təmin edən ən mühüm komponentlərdən biri də onun beynəlxalq əməkdaşlıqlar yolu ilə innovasiyalara açıq olmasıdır. BMT və onun agentlikləri, xüsusən də BMT-nin İnkişaf Proqramı (BMT İP) Azərbaycan Respublikası hökumətinin gənclər siyasətinin inkişaf etdirilməsində və bu siyasətin daha çox gənci əhatə etməsində göstərdiyi səylərini dəstəkləyən əsas təşkilatlar arasındadır. Hələ 1998-2000-ci illər arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, BMT İP və BMT-nin Könüllüləri Proqramının birgə layihəsi olan Azərbaycanda, xüsusilə  gənclər arasında könüllülük dəyərlərinin formalaşmasının təşviqinə yönəlmiş layihə ölkə gənclər siyasətində beynəlxaq təşkilatla birgə həyata keçirilmiş ilk layihələrdəndir.

Son illər, ölkənin gənclər siyasətində böyük rəğbətlə qarşılanan BMT Model Konfransları da (MUN) BMT İP-nın dəstəyi ilə inkişaf etdirilmişdir. Azərbaycan Respublikasının hökuməti və BMT İP arasında imzalanmış “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsi formalaşmışdır, BMT Model Hərəkatı gənclərimizi BMT qurumlarının işi ilə yaxından tanış edir, onların xarici dil, danışıq, təqdimat, əməkdaşlıq, rəsmi yazı və ünsiyyət bacarıqları da daxil olmaqla, bir çox şəxsi və iş bacarıqlarının inkişafına töhfə verir.

Azərbaycan hökuməti və BMT arasında gənclər sahəsində əməkdaşlığın zirvəsi isə BMT-nin Baş katibinin müraciəti ilə 2014-cü il oktyabrın 28-30-da Bakı şəhərində Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun keçirilməsi oldu. Azərbaycan hökuməti, BMT İP, BMT Baş katibinin gənclər üzrə elçisinin, UNESCO və Avropa Şurasının birgə təşkilatçılığı ilə təşkil edilmiş forumda 165 ölkədən 700-dən artıq hökumət nümayəndəsi, ekspert, gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak etmişdilər. Bu forumun sonunda tövsiyə xarakteri daşımasına baxmayaraq, gənclər siyasəti sahəsində qlobal miqyasda qəbul olunan və konseptual xarakter daşıyan ilk sənəd olan “Gənclər siyasəti üzrə Bakı öhdəlikləri” (Baku Commitment to Youth Policies) adlı sənəd qəbul olundu.

Azərbaycanın gənclər siyasətində nailiyyətləri ilə bağlı ən qürurverici faktlardan biri ondan ibarətdir ki, BMT Baş Assambleyasının gənclər üzrə qətnaməsinin əsasında, iki ildən bir hazırlanan və 2017-ci ilin iyul ayında təqdim edilən BMT  Baş katibinin “Gənclərin inkişafı davamlı inkişafa bağlıdır” adlanan xüsusi hesabatında respublikamızın gəncləri ölkənin davamlı inkişafına dair milli inkişaf planlarına və siyasətlərinə daxiletmə səylərinə görə nümunəvilər arasında qeyd edilib. Yuxarıda tarixinə qısa nəzər saldığımız ölkəmizin gənclər siyasətinin dinamik inkişafı nəticəsində bu gün Azərbaycan Respublikasının ən böyük sərvəti məhz ümummilli lider Heydər Əliyevin 2 fevral 1996-cı ildə respublika gənclərinin I Forumundakı nitqində təsvir etdiyi “sağlam ruhlu, yaxşı təhsil almış, müasir düşüncəli, vətənpərvər və mənəvi cəhətdən möhkəm” Azərbaycan gəncliyidir.

Ölkəmizdə istedadlı gənclərə qayğı da xüsusi yer tutur. Bunun nəticəsidir ki, 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı, “Avroviziya – 2011” mahnı müsabiqəsində ölkəmizi təmsil edən gənclər qələbə qazandılar. Bu qələbə isə mötəbər yarışmanın 2012-ci ildə Azərbaycanda keçirilməsinə səbəb oldu. Ölkəmiz isə bu yarışmaya yüksək səviyyədə ev sahibliyi etməklə öz adını “Evrovision” tarixinə böyük hərflərlə yazdı…

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. 1997-ci ildən, həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda iştirak edən idmançılarımızın sayı ildən-ilə artır...

Prezident İlham Əliyevin (16 yanvar 2012-ci il tarixli) Sərəncamı ilə Azərbaycanda “İdman ili” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün çox məsuliyyətli il oldu. İdmançılarımız 2012-ci il 30-cu London Yay Olimpiya oyunlarında uğurla çıxış etdilər. Azərbaycan London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olundu, 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan qabaqkı olimpiya oynlarındakı uğurlarını təzələdi. Azərbaycan artıq çox mötəbər beynəlxalq idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatları uğurla keçirilir. 2012-ci ilin sentyabrında isə Azərbaycan futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatına böyük müvəffəqiyyətlə ev sahibliyi etdi...

2012-ci il dekabrın 8-də isə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında tarixi qərara qəbul edildi. Bu, ölkəmizdə idman sahəsində görülən böyük işlərin nəticəsi, eyni zamanda Avropa Olimpiya ailəsinin Azərbaycana verdiyi yüksək qiymətdir.

2017-ci ildə isə Azərbaycan 4-cü İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etdi. Bu barədə qərar iyulun 21-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında qəbul edildi.

İlham Əliyevin gənclərə qayğısı haqqında çox danışmaq, çox yazmaq olar!

Yaxşı ki ölkəmizin İlham Əliyev kimi lideri var!

Tural İsmayılov,

Politoloq, STM-in baş məsləhətçisi

 

Paylaş:
1622

Son xəbərlər

Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 15:55Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35
Bütün xəbərlər