Tacikistanın “Aprelevka” müştərək mədən müəssisəsinin nümayəndələri Azərbaycanda səfərdə olublar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tacikistanın “Aprelevka” müştərək mədən müəssisəsinin nümayəndələri Azərbaycanda səfərdə olublar – FOTO

10:45 - 25 / 12 / 2019
Tacikistanın “Aprelevka” müştərək mədən müəssisəsinin nümayəndələri Azərbaycanda səfərdə olublar – FOTO

Tacikistan Respublikasının “Aprelevka” müştərək mədən müəssisəsinin nümayəndələri 16-22 dekabr tarixlərində Azərbaycanda səfərdə olublar.

Səfərin ilk günü “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında görüş keçirilib. Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, həmçinin digər idarə heyətinin üzvləri və aidiyyatı şöbələrin rəhbərləri, Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli, “Aprelevka” müştərək mədən müəssisənin baş mühəndisi Farrux Boboev, baş geoloqu Baxador Talbonov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.

Qonaqları salamlayan Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti, görülən işlər və öndə duran vəzifələr haqda qısaca məlumat verib, təcrübə mübadiləsinin əhəmiyyətindən və əməkdaşlıq perspektivlərindən danışıb.

Tacikistanlı nümayəndə heyəti təcrübə mübadiləsi üçün yaradılan şəraitə görə təşəkkür edib, bu səfərin əməkdaşlıq baxımından səmərəli olacağını bildirib. 

Səfər çərçivəsində qonaqlar “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində olublar. “Aprelevka” müştərək mədən müəssisənin mütəxəssisləri Çovdar mədənin qırma-ələmə, topa qələviləşdirmə sahələrində mövcud maddi-texniki baza ilə tanış olub, adsorbsiya desorbsiya və emal zavodu, laboratoriyaya baxış keçiriblər. Qonaqlara hasilat prosesi ilə yanaşı,  işçilərin sağlamlığının qorunması və əməyin təhlükəsizliyinin təmin edilməsi, eləcə də asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şərait və ətraf mühitin mühafizəsinə dair görülən işlər barədə də məlumat verilib.

Səfərin davamında nümayəndə heyəti Cəmiyyətin Ağyoxuş və Tülallar sahələrinə də baş çəkərək, geoloji kəşfiyyat, buruq-qazma işlərində istifadə edilən texnika və avadanlıqlarla tanış olub, kəşfiyyat işləri zamanı götürülmüş kern nümunələrinin saxlanıldığı anbarlara baxış keçiriblər. Cəmiyyətin mütəxəsisləri hasilat prosesinin bütün mərhələləri barədə ətraflı məlumat verib və qonaqları maraqlandıran sualları cavablandırıblar.

Daha sonra tərəflər geoloji kəşfiyyat və hasilat proseslərinin həyata keçirilməsində, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyətə dair fikir mübadiləsi aparıblar. Tanıtım-təcrübə səfəri tacikistanlı qonaqlarda dərin təəssürat yaradıb.

Reklam hüququnda

 

 

 

 

 

 

 

 

Paylaş:
692

Son xəbərlər

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03
Bütün xəbərlər